İsrail əsgərlərinə əmr: Döyüş yaşında olan bütün kişiləri öldürün

13:44 27 Dekabr 2023

Dekabrın 15-də Qəzza zolağında İsrail əsgərləri tərəfindən "təsadüfən öldürüldüyü" elan edilən 3 israilli məhbusun öldürülməsi ilə bağlı ilkin araşdırmada İsrail əsgərlərinə "döyüş apara bilən kişiləri öldürmək əmri verildiyi" ortaya çıxıb.

Sitat.info xəbər verir ki, İsrailin oktyabrın 7-dən bu yana hücumlarını davam etdirdiyi Qəzzanın Şücaiyyə bölgəsində dekabrın 15-də İsrail qüvvələri tərəfindən 3 israilli məhbusun öldürülməsi ilə bağlı ilkin istintaqın tamamlandığı açıqlanıb.

İsrail ordusunun 828-ci briqadası tərəfindən aparılan araşdırma ilə bağlı açıqlamada hadisə baş verən gün Şücaiyyə bölgəsində əsgərlərə yeni əmrlər verildiyi bildirilib.

İstintaq zamanı məlum olub ki, əsgərlərə “onlara yaxınlaşan, döyüş yaşında olan istənilən kişiyə atəş açmaq əmri" verilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti