Rusiya BMT TŞ-dən çıxarılacaqmı?

00:24 9 Aprel 2022

ABŞ administrasiyası Rusiyanın Ukrayna hadisələri ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan məhrum ediləcəyini gözləmir.

SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

"Bilirəm ki, Rusiyanı daimi üzv (BMT Təhlükəsizlik Şurasının) statusundan məhrum etməyin mümkün olub-olmayacağı ilə bağlı sual artıq qaldırılıb. Biz bunun baş verəcəyini gözləmirik. Lakin Rusiyanın BMT-nin İnsan Haqları Şurasındakı üzvlüyünü dayandırmaq barədə dünənki qərar Ukraynada gördüyümüz vəhşiliklərə qlobal cavabın sübutudur”, - deyə Psaki bildirib.



Xəbər xətti