Fələstinin İordan çayının qərb sahilindəki Bethlehem Evangelist Lüter Kilsəsinin keşişi Munther Ishaq, Qəzzada oktyabrın 7-də başlayan hücumların dini deyil, siyasi qarşıdurma olduğunu və soyqırımı bitmədən həyatın normala dönə bilməyəcəyini söyləyib.
Sitat.info xəbər verir ki, Hz.İsanın doğulduğu və Milad şənliklərinin ləğv edildiyi Beytlehem şəhərində keşiş İshaq öz qiymətləndirmələrini edib.
Milad mərasimindəki xütbəsində “İsa Məsih bu gün doğulsaydı, dağıntılar altında doğulardı” deməsi ilə tanınan İshaq “Bethlehemdən dünyaya” xitab etdiyi xütbənin dünyada rezonans doğurmadından məmnunluğunu ifadə edib.
Seymur Bənnayev
Sitat.info