Uşaqlar Beynəlxalq Cinayət Məhkəməsinə yürüş ediblər

23:09 27 Dekabr 2023

Hollandiyanın inzibati paytaxtı Haaqada uşaqlar və onların ailələri Fələstinə dəstək olmaq və Qəzzada törədilən cinayətləri araşdırmaq üçün Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) binasına yürüş ediblər.

Sitat.info xəbər verir ki, Haaqa vağzalında toplaşan nümayişçilər, "Uşaqlar Yürüşü" adlandırdıqları tədbir boyunca tez-tez "ICC öz işini gör", "Azad Fələstin", "Çaydan dənizə azad Fələstin" və "İndi atəşkəs" kimi şüarlar səsləndiriblər.

Nümayişçilər əllərində “Qətlə yetirilən 9 min fələstinli uşağa ədalət”, “Azad Fələstin”, “Uşaqları öldürməyə son”, “Soyqırımı dayandırın”, “Fələstinli uşaqları qoruyun” yazılı plakatlar və Fələstin bayraqları qaldırıblar.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti