Yunanıstanda hərbi təlim təyyarəsi qəzaya uğrayıb

23:25 27 Dekabr 2023

Yunanıstanda Hərbi Hava Qüvvələrinə aid təlim təyyarəsinin qəzaya uğradığı və pilotun həyatını itirdiyi açıqlanıb.

Sitat.info xəbər verir ki, Yunanıstanın Peloponnes yarımadasındakı Kalamata şəhərində aviabazanın yaxınlığında hərbi hava qüvvələrinə məxsus ikimühərrikli təlim təyyarəsi qəzaya uğrayıb.

Bildirilib ki, kənd ərazisində qəzaya uğrayan "T-2 Buckeye" tipli hərbi təyyarənin pilotu qəzadan əvvəl ejektor oturacağından istifadə edərək təyyarədən atılıb.

Axtarış-xilasetmə qruplarının çalışmalarından sonra Yunanistan Hərbi Hava Qüvvələri, 40 yaşlı pilot mayor Epaminondas Kostasın dünyasını dəyişdiyi açıqlanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti