İsrail oktyabrın 7-də hücumlara başladığı gündən Qəzza zolağında 8800 uşaq və 6300 fələstinli qadını öldürüb.
Sitat.info xəbər verir ki, Hökumətin Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada İsrailin Qəzza zolağında törətdiyi ölüm və dağıntılarla bağlı məlumat verilib.
Açıqlamada, İsrailin oktyabrın 7-dən bu yana 8 min 800-ü uşaq, 6 min 300-ü qadın olmaqla 21 min 110 fələstinlini öldürdüyü, 70 faizi qadın və uşaq olmaqla 55 min 243 fələstinlini yaraladığı bildirilib.
Seymur Bənnayev
Sitat.info