Şiddətli musson yağışlarının təsirli olduğu Taylandda baş verən sel nəticəsində 6 nəfər həyatını itirib.
Sitat.info xəbər verir ki, Taylandın cənubundakı Satun, Sonqkhla, Pattani, Yala və Narathiwat əyalətlərində musson yağışlarından sonra baş verən sel insan itkisinə səbəb olub.
Narathiwat əyalətinin qubernator müavini Preecha Nualnoi mediaya verdiyi açıqlamada 89 yaşlı qadın və 1 uşaq olmaqla 6 nəfərin həyatını itirdiyini, 1 nəfərin isə itkin düşdüyünü bildirib.
Sel nəticəsində 70 mindən çox yaşayış binası ziyan görüb.
Seymur Bənnayev
Sitat.info