Dumanlı hava şəraiti hindistanı iflic edib: 100-dən çox reys təxirə salındı

23:37 27 Dekabr 2023

Hindistanın paytaxtı Yeni Dehlidə sıx duman həyata mənfi təsir edib. Görüşün sıfıra endiyi İndira Qandi Beynəlxalq Hava Limanında 110 reys təxirə salınıb.

Sitat.info xəbər verir ki, səhər saatlarında paytaxt Dehli və ətrafında hava çirkliliyi səbəbiylə qatı duman nəqliyyatın dayandırılmasına səbəb olub. İndira Qandi Beynəlxalq Hava Limanında görüş məsafəsi demək olar ki, sıfıra enib. Hava limanında 110 reys, 25 qatar reysi də təxirə salınıb 

Aqra-Laknau magistralında sıx duman səbəbindən 6 avtomobil bir-birinə çırpılıb. Qəza nəticəsində 1 nəfər ölüb, 24 nəfər yaralanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti