AMB süni intellektdən istifadə edəcək

10:45 28 Dekabr 2023

Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü ildə qarşısına qoyduğu hədəflərdən biri analitik təhlilər və iqtisadi modellərdə süni intellektin (Aİ) istifadəsini nəzərdən keçirməklə makroiqtisadi proqnozvermə qabiliyyətinin təkmilləşdirilməsidir.

Sitat.info xəbər verir ki, bu barədə AMB-nin 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.

"Əsas məqsəd pul siyasəti qərarlarını nəzəri və ekonometrik cəhətdən adekvat modellərin nəticələrini nəzərə almaqla qəbul etməkdir. Model aparatı yerli və xarici ekspertlərin makroiqtisadiyyat və kəmiyyət metodları üzrə son elmi araşdırmaları, mərkəzi bankların qabaqcıl təcrübələri əsasında təkmilləşdiriləcək. Alternativ statik göstəricilər genişləndiriləcək, makroiqtisadi məlumatlardan təşkil olunmuş irihəcmli verilənlər bazasının formalaşdırılması davam etdiriləcək", - bəyanatda qeyd olunub.



Xəbər xətti