Bu türk ölkəsində iki uşaq qızılcadan öldü

13:10 28 Dekabr 2023

Qazaxıstanda qızılcadan iki körpə ölümü qeydə alınıb.

Sitat.info xəbər verir ki, bunu Qazaxıstan səhiyyə nazirinin müavini Ayjan Esmaqambetova deyib.

“Astana və Şərqi Qazaxıstan vilayətlərində iki ölüm halı qeydə alınıb. Bunlar 1 yaşına çatmamış, daha doğrusu, vaksinasiya yaşına çatmayan uşaqlardır”, - Esmaqambetova bildirib.

Onun sözlərinə görə, daha 15 uşağın vəziyyəti ağırdır.

Qazaxıstan Milli İctimai Səhiyyə Mərkəzinin məlumatına görə, ilin əvvəlindən ölkədə qızılcaya 26 815 yoluxma halı qeydə alınıb. 18-24 dekabr tarixlərində isə 2 373 nəfər bu xəstəliyə yoluxub.



Xəbər xətti