İşçilər tətil etdi: Eyfel qülləsi ziyarətçilərin üzünə bağlandı

15:19 28 Dekabr 2023

Fransanın paytaxtı Parisin simvolu olan Eyfel qülləsi çərşənbə günü işçilərin tətilindən sonra qapılarını ziyarətçilərin üzünə bağlayıb.

İşçilərin tətilə çıxması və qülləni tikən Qustav Eyfelin ölümünün 100-cü ildönümünün gəlməsi diqqət çəkib.
Sitat.info xəbər verir ki, AFP-yə verdiyi açıqlamada Paris Qülləsinin sözçüsü tətilin kollektiv müqavilələrdən əvvəl başladığını bildirib və işçilərin tətilinin nə qədər davam edəcəyinə aydınlıq gətirməyib.
Eyfel qülləsi tətilə görə ziyarətlərə bağlanıb. Qüllə rəhbərliyinin qoyduğu qaydaya uyğun olaraq adının açıqlanması qadağan edilən sözçü, 27 dekabr 1923-cü ildə vəfat edən Qustav Eyfelin xatirəsinə təşkil olunacaq musiqi şousunun planlaşdırıldığı kimi bu axşam baş tutacağını bildirib. 

Hər il milyonlarla turistin ziyarət etdiyi 134 illik qüllənin sahibi Paris Bələdiyyəsidir. Dünyanın ən çox ziyarət edilən turistik yerlərindən biri olan Eyfel qülləsi hər il 7 milyondan çox ziyarətçiyə ev sahibliyi edir. Təxminən 300 metr uzunluğunda olan dəmir qüllə ilk dəfə 1889-cu ildə qapılarını ziyarətçilərin üzünə açdı. Paris 1999-cu ildə təşkil edilən "Dünya Sərgisi" üçün memar Qustav Eyfel tərəfindən inşa edilən və 20 il sonra sökülməsi planlaşdırılan polad qüllə bu hadisənin sona çatmasından sonra, əvvəlcə "Parisi estetik cəhətdən çirkinləşdirdiyi" səbəbiylə fransızlar tərəfindən şiddətlə qınanılıb..
Eyfel qülləsi sonrakı illərdə fransızlar tərəfindən qəbul edilib və onun sökülməsi ideyasından tamamilə imtina edildikdən sonra Parisin simvoluna çevrilib. Cəmi 1665 pilləli və 10 min 100 ton ağırlığında olan qüllə müntəzəm olaraq 60 ton boya ilə boyanır. Rəsmi açılışından bəri 2017 2018-ci ilə qədər qülləni ziyarət edənlərin sayı 300 milyonu ötüb.

 Eyfel qülləsi fransız komando birləşmələri tərəfindən terror hücumlarına qarşı qorunur. 2015-ci ildə Parisi qanlı-qadalı edən son terror aktlarından sonra Eyfel qülləsi terror təhlükəsinə qarşı gülləkeçirməz şüşə ilə əhatə olunub.

Ayna,

Sitat.info



Xəbər xətti