İsrail Qəzzada 83 gündə 105 jurnalisti qətlə yetirib

16:01 28 Dekabr 2023

İsrail ordusu şiddətli hücumlarını davam etdirdiyi Qəzza zolağında 83 gündə 105 fələstinli jurnalisti öldürüb.
Qəzza zolağının şimalındakı Beyt Lahiyadə jurnalistlər Məhəmməd Hayrəddin və Əhməd Mahir Hayreddin ailəsinin yaşadığı evi İsrail ordusunun bombalaması ilə bağlı Qəzza hökumətinin Media İdarəsi açıqlama verib.

Açıqlamada İsrail ordusunun daha 2 jurnalisti öldürməsi ilə 7 oktyabrdan bu yana Qəzza zolağında həyatını itirən jurnalistlərin sayının 105-ə yüksəldiyi bildirilib.

Media Ofisindən əvvəlki açıqlamada İsrailin “Fələstin hekayəsini susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün Qəzzada jurnalistləri qəsdən öldürdüyü” bildirilir.

İsrail qüvvələrinin Qəzzanın şimalındakı Beyt Lahiya şəhərində mülki yaşayış məntəqəsini hədəf alması nəticəsində ən azı 30 fələstinli həyatını itirib.

“Hayrəddin, əl-Kürd və əl-Kadi” ailələrinə məxsus evlərin bombalandığı hücumda jurnalistlər Muhammed Hayreddin və Əhməd Mahir Hayreddin də həyatını itirib.

Ayna,

Sitat.info



Xəbər xətti