İrəvanda patrul əməkdaşları qondarma "Artsax" rejiminin oyuncaq prezidentinin avtomobilini saxlayıblar.
Sitat.info “Hraparak” qəzetinə istinadən xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin polis patrul xidmətçiləri qondarma "Artsax"ın sonuncu "prezidenti" Samvel Şahramanyanın avtomobilini İrəvanda saxlayıblar.
Səbəb kimi isə onun mühafizəçilər və konvoyun müşayiəti ilə getdiyini göstəriblər. Polislər Şaxramanyana məlumat veriblər ki, qanuna görə onun konvoyda hərəkət etmək hüququ yoxdur.
Ermənistan Daxili İşlər Nazirliyinin polisi bu xəbəri təsdiqləyib, onların yol hərəkəti qaydalarını pozduqlarına görə saxlanıldıqlarını, lakin protokol tərtib etmədiklərini, sadəcə xəbərdarlıq etdiklərini bildiriblər.
Qəzet yazır edir ki, Ermənistanda mühafizəçilər və konvoylarla səyahət etmək hüququ dövlət himayəsində olan şəxslərə, məsələn, baş nazir Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan, Ermənistan Respublikasının prezidenti, xarici işlər naziri və başqalarına verilir.
Nərgiz,
Sitat.info