Qərbdən və ya Şərqdən bizə qarşı hər hansı açıq təzyiq görmüsünüz? Bunu xatırlamıram, çünki biz ölkəmizin maraqlarına əsaslanan və macəra ilə heç bir əlaqəsi olmayan addımlar atdıq.
Sitat.info xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarkisyan deyib.
O, Rusiyanın əhəmiyyətini belə izah edib: “KTMT ilə münasibətlərimizi davam etdirməsəydik, milyardlarla dollar dəyərində silahlarımız olmazdı. Təbii ki, bugünkü hökumət bu silahları metal qırıntıları adlandırır, lakin biz bu metal qırıntılarının təcrübəli istifadəçilər tərəfindən necə istifadə edildiyini görürük, məsələn, Ukraynada.
Əgər biz Aİİ üzvü olmasaydıq, indiki Ermənistanın iqtisadiyyatı çökərdi. Düz iki il idi ki, mən əvvəlcə Gömrük İttifaqına, sonra Aİİ-yə üzv ölkələrə İrəvanı bu struktura qəbul etməyi təklif etdim və xahiş etdim, çünki əks halda bu, Moldovada, Gürcüstanda və Ukraynada yaranmış vəziyyətə gətirib çıxarardı. O vaxt iqtisadiyyatımızın ən böyük sahəsi kənd təsərrüfatı idi və biz konyakımızı, əriklərimizi hara satmalı idik, bu qədər istixanalar var idi, bəlkə Türkiyəyə satmaq üçün pomidor apara bilərdik? Aİ tərəfdaşlarımız bundan xəbərdar idilər. İctimaiyyət yaxşı bilirdi ki, biz iki il ərzində həm Aİİ-dən əvvəlki Gömrük İttifaqı, həm də Aİ ilə danışıqlar aparmışıq”, - Sarkisyan əmin edib.
Bir tərəflə iqtisadi, digər tərəflə təhlükəsizlik məsələlərində əməkdaşlıq etmək olarmı sualına Sərkisyan belə cavab verdi: “Xeyr, bir yerdə təhlükəsizlik mühiti, başqa yerdə isə iqtisadi mühit ola bilməz”.
Nərgiz,
Sitat.info