ABŞ bu il Ukraynaya 24 milyard dollar hərbi yardım edib - Zelenski

16:46 28 Dekabr 2023

Ukrayna prezidenti Vladimir Zelenski ötən il ABŞ-dan 24 milyard dollardan çox silah yardımı edildiyini bildirib.
Sitat.info xəbər verir ki, sosial media hesabından açıqlama verən Zelenski, bu il ərzində ABŞ-ın Ukraynaya 34 paketdə 24 milyard dollardan çox hərbi yardım etdiyini bildirib.

"Biz Patriot” hava hücumundan müdafiə sistemləri, “Abrams” tankları, zirehli maşınlar, 'ATACMS' raketləri, DPICM, ikili təyinatlı təkmilləşdirilmiş adi döyüş sursatları, mina təmizləmə maşınları və digər vacib əşyalar aldıq".

Ukrayna prezidenti Zelenski ölkəsinə F-16 döyüş təyyarələrinin göndərilməsini “tarixi qərar” kimi qiymətləndirib.

Zelenski ABŞ-dan yeni 250 milyon dollarlıq hərbi dəstək paketinə görə ABŞ prezidenti Co Baydenə şəxsən təşəkkür edib və  bu yardımı heç vaxt unutmayacaqlarını deyib.

Məğrur,

Sitat.info

 



Xəbər xətti