Dekabrın 26-da Liberiyada yanacaq daşıyan tankerin partlaması nəticəsində ölənlərin sayı 40-a yüksəlib.
Sitat.info xəbər verir ki, Liberiya İctimai Səhiyyə İdarəsinin direktoru Dr. Frensis Kate mətbuata verdiyi açıqlamada tankerin partlaması nəticəsində ölənlərin sayının artdığı barədə məlumat paylaşıb.
Kate ölkənin Bong bölgəsində hərəkət edən yanacaq tankerinin yoldan çıxaraq aşması nəticəsində ölənlərin sayının 40-a yüksəldiyini bildirib.
Kənan
Sitat.info