Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Yaxın Şərq bölgəsi ilə bağlı siyasətinin Qəzza zolağında gərginliyə səbəb olduğunu ifadə edərək deyib: "Zorakılıq dövrü dayandırılmalı və fələstinliləri əziyyətə salan ədalətsizlik aradan qaldırılmalıdır".
Sitat.info xəbər verir ki, Rusiyanın Tass xəbər agentliyinə müsahibə verən Rusiya xarici işlər naziri Sergey Lavrov cari məsələlərlə bağlı açıqlamalar verib.
ABŞ-ın Yaxın Şərq regionu ilə bağlı siyasətini dəyərləndirən Lavrov deyib: "ABŞ-ın Yaxın Şərqdə pərdəarxası diplomatiya oynamaq cəhdlərinin nəticələrindən hər kəsin dərs almasının vaxtı çatıb. Vaşinqtonun vasitəçilik səylərini inhisara almağa və məsələnin (Fələstin) beynəlxalq hüquqi əsasını sarsıtmağa yanaşması mövcud gərginliyə səbəb olub".
Seymur Bənnayev
Sitat.info