Rusiya 52 ölkə ilə uçuş qadağasını ləğv etdi

09:18 9 Aprel 2022

Rusiya koronavirus pandemiyası fonunda daha 52 ölkəyə uçuşlara tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırır. 

SİTAT.İNFO Qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya hökumətinin müvafiq qərarını Baş nazir Mixail Mişustin elan edib.

Söhbət Argentina, Əfqanıstan, Bosniya və Herseqovina, Braziliya, Türkiyə, İsrail, Çin və bir sıra ölkələrdən gedir.

Qeyd edək ki, hazırda heç bir Rusiya aviaşirkəti hava trafikinin yeni açıldığı ölkələrə uçuşlar açmaq niyyətində olduğunu açıqlamayıb. Aviaşirkətlər üçün beynəlxalq uçuşların açılması indi də Aİ və ABŞ-ın sanksiyaları fonunda çətindir.



Xəbər xətti