Qısa zaman ərzində Azərbaycan və dünyadan bir çox musiqi ifaçısını öz qurucusu olduğu "Music Academy"-da birləşdirən Erkin Beyzadə, yaxın vaxtlarda fəaliyyətini daha da genişləndirmək niyyətindədir.
Sitat.info xəbər verir ki, o, dünyanın bir çox ölkələrindən olan sənətçiləri də öz ətrafında birləşdirməyi planlayır.
Belə ki, yaxın zamanlarda "Music Academy" sərhədlərini genişləndirərək Türkiyə və Gürcüstanda da fəaliyyəti təmin edəcək.
Qeyd edək ki, Erkin Beyzadə həm də "Caucasus Company"-nın da təsisçisidir.