İsrail Müdafiə Qüvvələri Qəzza zolağında müharibə başlayandan bəri HƏMAS-a məxsus yarım milyona yaxın sənəd və 65 milyondan çox faylı ələ keçirib.
Sitat.info xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir.
"Müharibə başlayandan bəri hərbçilər minlərlə sənəd ələ keçirib və sonradan hücum qrupuna təhvil verib ki, bu da kəşfiyyat bölmələrinin işinə mühüm töhfə verib", - deyə bildirilib.
Belə ki, çoxsaylı sənədlər arasında minaların, tunellərin və Beyt Hanun ərazisində (anklavın şimalında) mərmilərin yerləşdiyi ərazilərin sxemləri var.