Bu ölkədə Yeni il şənlikləri qadağan edildi

21:33 28 Dekabr 2023

Fələstinlə həmrəylik əlaməti olaraq Pakistanda bütün Yeni il şənlikləri qadağan edilib.

Sitat.info xəbər verir ki, bunu Pakistanın Keçid Hökumətinin Baş naziri Ənvər-ul-Xak Kakar deyib.

"Pakistan xalqı acınacaqlı vəziyyətdədir. Buna görə də vəziyyəti nəzərə alaraq, Pakistan hökuməti Yeni illə bağlı bütün tədbirləri qadağan etmək qərarına gəlib. Mən bütün pakistanlıları məzlum fələstinlilərlə həmrəylik nümayiş etdirməyə çağırıram”, - deyə Kakar bildirib.



Xəbər xətti