Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İctimai İşlər üzrə Agentliyi (UNRWA) Qəzza zolağının əhalisinin 40 faizinin aclıq təhlükəsi ilə üzləşdiyini bildirib.
Sitat.info xəbər verir ki, UNRWA Qəzza direktoru Tomas Uayt agentliyin X sosial media platformasında paylaşım edib.
Qəzzada hər gün yemək və su tapmaq üçün həyatda qalmaq mübarizəsi getdiyini bildirən Uayt deyib:
"Qəzza zolağı fəlakətli aclıq yaşayır. Əhalinin 40 faizi hazırda aclıq təhlükəsi ilə üz-üzədir. Həqiqət budur ki, Qəzzə xalqı üçün daha çox yardıma ehtiyacımız var və qalan yeganə ümid humanitar atəşkəsdir".
Seymur Bənnayev
Sitat.info