Prezident Rəcəb Tayyib Ərdoğan, TUSAŞ-ın inkişaf etdirdiyi "Anka-3" pilotsuz döyüş təyyarəsinin bu gün ilk uçuşunu uğurla həyata keçirdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədəki paylaşımında "Anka-3"ün bu gün ilk uçuşunu uğurla həyata keçirdiyini bildirib.
Ərdoğan bildirib: "İnşallah təyyarəmiz qabaqcıl texnologiyaları, dizaynı və xüsusiyyətləri ilə ölkəmizin müdafiəsinə güclü töhfə verəcək".
Seymur Bənnayev
Sitat.info