Türkiyə Xarici işlər nazirinin müavini Burak Akçapar, İstanbulda qurulacaq Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Koordinasiya Regional Ofisi ilə əlaqədar olaraq deyib: "İnkişaf Bürosunun yaradılması eyni zamanda İstanbulun Nyu-York və Cenevrə kimi BMT mərkəzinə çevrilməsi vizyonumuza uyğundur və ona xidmət edə biləcək səviyyədədir".
Türkiyə TBMM-nin gündəminə gətirilən qanunvericilik təklifləri ilə də beynəlxalq qurum və təşkilatlarla əlaqələrini gücləndirir.
Bu çərçivədə Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsi son iclasında Türkiyə ilə Birləşmiş Millətlər Təşkilatı arasında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Koordinasiyasının İstanbul Regional Ofisinin yaradılmasına dair Sazişin Təsdiq edilməsi ilə bağlı qanun layihəsini müzakirə edərək qəbul edib.
Kənan
Sitat.info