İsrailin bu gecə blokada altındakı Qəzza zolağının müxtəlif hissələrinə hücumları nəticəsində ən azı 45 fələstinli ölüb, onlarla fələstinli yaralanıb.
Sitat.info xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərinə görə, İsrail döyüş təyyarələrinin Xan Yunis şəhərinin şərqindəki Əl-Fahhari bölgəsində Əl-Amuri ailəsinin evinə təşkil etdiyi hava hücumunda 11 nəfər ölüb, onlarla insan yaralanıb.
İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərində bir fələstinlinin evini hədəf alması nəticəsində ən azı 20 nəfər həyatını itirib, Şabura Qaçqınlar Düşərgəsində isə Diyab ailəsinin evini bombalaması nəticəsində çoxlu adam ölüb və yaralanıb.
İsrail döyüş təyyarələri də Qəzza zolağının mərkəzi hissəsində yerləşən Əl-Maqazi Qaçqınlar Düşərgəsinə bir sıra hava zərbələri endirib.
Düşərgədəki ən azı iki evi və Əz-Zəfəran məscidini hədəf alan hava zərbələri nəticəsində 14 nəfər həyatını itirib.
Seymur Bənnayev
Sitat.info