İsrailin Suriyanın paytaxtı Dəməşq ətrafındakı bəzi nöqtələrə növbəti dəfə hava hücumu təşkil etdiyi iddia edilib.
Sitat.info xəbər verir ki, Suriya xəbər agentliyi SANA-nın hərbi mənbəyə əsaslanaraq verdiyi xəbərdə yerli vaxtla saat 01:20-də İsrail qüvvələrinin hava hücumu ilə Dəməşq ətrafındakı bəzi nöqtələrin hədəf alındığı iddia edilib.
Xəbərdə deyilir: "Hava hücumundan müdafiə sistemlərimiz Livandan gələn düşmən raketlərini ələ keçirərək bəzilərini vurub. Hücum nəticəsində ziyan dəyib".
Seymur Bənnayev
Sitat.info