ATƏT/DTİHB-nin missiyası Bakıda fəaliyyətə başladı

13:43 29 Dekabr 2023

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək müşahidə missiyası fəaliyyətə başlayıb.

Sitat.info Report-a istinadən xəbər verir ki, bunu ATƏT/DTİHB missiyasının rəhbəri İoğan Mörfi Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müşahidə missiyasına ATƏT-ə üzv olan 9 ölkədən 11 beynəlxalq ekspert, seçki günü seçki prosesini müşahidə edəcək qısamüddətli missiyanın 280 üzvü və yanvarın 3-də ölkəyə gələcək uzunmüddətli missiyanın 26 üzvü daxildir:

“Bizim vəzifəmiz yalnız seçki prosesini izləməkdir. Seçki gününə iki həftə qalmış aralıq hesabatı təqdim edəcəyik. Seçkilərdən bir gün sonra, yəni fevralın 8-də müşahidəmizin nəticələrinə əsasən mətbuat konfransı keçirəcəyik”.

"Biz artıq Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşdük və komandamızı təqdim etdik. Öz növbəsində Azərbaycan tərəfi də bizi çox gözəl qarşıladı", - o bildirib.

Missiya rəhbəri vurğulayıb ki, ATƏT indiyə qədər Azərbaycanda seçkiləri 12 dəfə müşahidə edib:

“Sonuncu dəfə 2020-ci ildə keçirilmiş parlament seçkilərini müşahidə etmişik”.



Xəbər xətti