Hizbullah İsrailin 2 hərbi məntəqəsinə hücum edib

14:52 29 Dekabr 2023

Hizbullah Hərəkatı Livanın cənubundan İsrailin sərhəd bölgəsində yerləşən iki hərbi məntəqəyə hücum təşkil etdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Hizbullah məsələ ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada İsrailin sərhəd bölgəsində yerləşən Hadab Yaruna ardıcıl iki dəfə, Dovev qəsəbəsindəki hərbi məntəqəyə isə müvafiq silahlarla hücum edildiyi bildirilib.

Kənan

Sitat.info



Xəbər xətti