2023-cü ildə Rusiyada Putinə dəstək rekord səviyyəyə çatıb - Peskov

15:22 29 Dekabr 2023

Dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, bu il ruslar tərəfindən Rusiya prezidenti Vladimir Putinə dəstək səviyyəsi mümkün olan ən yüksək səviyyəyə çatıb.

Sitat.info-nun məlumatına görə,  Kreml nümayəndəsi əlavə edib ki, bu il prezidentin xəttinə dəstək və cəmiyyətin dövlət başçısı ətrafında cəmləşməsi sayəsində bu rəqəm mümkün qədər yüksək olub.

Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi (VTsİOM) rusların Putinə inam səviyyəsinin 80%, onun fəaliyyətinin bəyənilmə səviyyəsinin isə 77,1% olduğunu bildirib.

Peskov bu məlumatları şərh edərkən deyib ki, burada qeyri-adi, xüsusi xəbər yoxdur,  bu prezidentə dəstək səviyyəsinin bu qədər yüksək olduğunu təsdiqləyən ilk sorğu deyil”.

Ayna,

Sitat.info



Xəbər xətti