Azərbaycanda elektrik enerjisi istehsalı 3,9 faiz artıb

09:47 9 Aprel 2022

Bu ilin 3 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizdə elektrik enerjisi istehsalı 3,9 faiz artaraq 7 milyard 194,2 milyon kilovat/saata çatıb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə energetika naziri Pərviz Şahbazov öz tviter hesabında yazıb.

O, həmçinin bildirib ki, qeyd olunan dövrdə elektrik enerjisi ixracı isə 1,4 milyon kilovat/saat artımla 508,4 milyon kilovat/saat olub.



Xəbər xətti