Duda Ukraynaya görə generallarla təcili görüş təyin etdi

16:26 29 Dekabr 2023

Polşa Prezidenti Andjey Duda Ukraynanın hava məkanını pozmasından sonra ordu rəhbərliyi ilə təcili görüş təyin edib.

Sitat.info xəbər verir ki, bu barədə Polşa Prezident Aparatı öz saytında məlumat yayıb.

“Prezident Andjey Duda milli müdafiə naziri Vladislav Kosiniyak-Kamışla telefonla danışıb. Bu gün isə Milli Təhlükəsizlik Bürosunda saat 13:00-da (Bakı vaxtı ilə 16:00) nazir Kosiniyak-Kamış, Baş Qərargah rəisi Veslav Kukula, Silahlı Qüvvələrin əməliyyat komandanı Maçi Klişlə təcili görüş keçiriləcək”, - məlumatda deyilir.

Qeyd edək ki, Polşa Silahlı Qüvvələri cümə günü səhər saatlarında naməlum hava obyektinin Ukrayna ərazisindən Polşa hava məkanına daxil olduğunu açıqlayıb. Naməlum obyekt sonradan radarlardan itib.

//Axar.az



Xəbər xətti