Rusiyanın sanksiyalara cavabı hazırdır - Peskov

18:00 29 Dekabr 2023

Rusiya aktivlərinin digər ölkələr tərəfindən müsadirəsi qanunsuzdur və ciddi zərərli nəticələrlə doludur.

Sitat.info xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, belə bir hərəkətin qlobal iqtisadiyyata növbəti zərbə ilə nəticələnəcəyini vurğulayıb:

“Bu cür hərəkətlər çox, çox ciddi nəticələrlə doludur. Rusiyanın Qərb ölkələrinin oxşar hərəkətlərinə cavab olaraq müsadirə edə biləcəyi aktivlərin siyahısı var”.



Xəbər xətti