Ukrayna kütləvi raket zərbələrinə görə Rusiyanı hədələyib: Nəticələr ağır olacaq...

18:12 29 Dekabr 2023

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bəyan edib ki, Ukrayna şəhərlərinə raket hücumları Rusiya Federasiyasının özü üçün əks effektə gətirib çıxaracaq.

Sitat.ifo xəbər verir ki, bu barədə Danilov X şəbəkəsində məlumat verib.

Danilov əmin edir ki, Rusiyanın Ukrayna şəhərlərinə endirdiyi zərbələrin cavabı çox çəkməyəcək.

"Müvəqqəti olaraq mövcud olan Rusiyanın raket zərbərləri Kremlin  gözlədiyindən tam əks effekt verdi və  onlar Ukraynanı heç vaxt başa düşməyiblər və başa düşməyəcəklər".

O,  Rusiyanın bugünkü hücumunun nəticəsi olaraqq beş istiqamətdə bədəl ödəyəcəyini bildirib. 

Birincisi, budur: "Rusiyaya və bu irqçi rejimi heyvani təslimiyyətlə dəstəkləyən ruslara daha da böyük nifrət yaranır - onlar əbədi düşməndirlər.

İkincisi, söhbət ruslarla əlaqəli hər şeyin - mədəniyyətin, dilin, adət-ənənələrin maksimum dərəcədə rədd edilməsindən gedir.

Üçüncüsü: “Hər hansı güzəştə getmək üçün danışıqdan və hərəkətdən geri çəkilirik.

Dördüncüsü, bu, milli müqavimət ideyasını və hərəkatını da da gücləndirir. 

Beşincisi, bundan sonra Ukraynada hər hansı rusiyayönlü hərəkatların  mövcudluğu ehtimalının son məhvidir”.

Məğrur,

Sitat.info



Xəbər xətti