Səhər saatlarında Rusiya ordusunun Ukraynanın Dnepr şəhərində həyata keçirdiyi raket hücumu nəticəsində 6 mülki vətəndaşın həlak olduğu, 28 nəfərin yaralandığı bildirilib.
Sitat.info xəbər verir ki, Dnepr şəhərinin tabe olduğu Dnepropetrovsk Regional Dövlət Administrasiyasının rəhbəri Sergiy Lisak şəhərə raket hücumu ilə bağlı sosial media hesabında açıqlama verib.
Lisak Dneprə hücum nəticəsində 6 mülki vətəndaşın öldüyünü, biri körpə olmaqla 28 nəfərin yaralandığını bildirib.
Hücum zamanı bir ticarət mərkəzi, doğum şöbəsi və bəzi binalara ziyan dəydiyini bildirən Lisak, bəzi mülki avtomobillərin yandırıldığını bildirib.
Lisak dağıntıların çıxarılması və zərərin qiymətləndirilməsi işlərinin davam etdiyini bildirib.
“Binaların damları, pəncərələri və eyvanları dağıdılıb”
Soyadını açıqlamaq istəməyən 55 yaşlı Anatoli səhər saat 07:00 radələrində evinin yaxınlığındakı doğum şöbəsinə hücum olduğunu bildirib.
Şiddətli partlayış nəticəsində ətrafdakı binaların damları, pəncərələri və eyvanlarının dağıldığını bildirən Anatoli, evlərdəki bir çox əşyanın yararsız hala düşdüyünü bildirib.
Nərgiz,
Sitat.info