İsrail 8 yaşlı əkizləri ad günündə öldürüb

19:15 29 Dekabr 2023

İsrail ordusu blokadada olan Qəzza zolağının mərkəzi hissəsində yerləşən Nuseyrat Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 8 yaşlı əkizləri ad günündə öldürüb.

Sitat.info xəbər verir ki, İsrail ordusunun dünən həyata keçirdiyi hücumda şəhid olan Əhməd Nasır və Cihan Nasır adlı əkizlərin anası Esma Zuhun AA müxbirinə danışıb.

Kədərli ana, ad gününü qeyd etmək istəyən qızının İsrailin hücumları bitdikdən sonra qeyd edəcəklərini söyləyərək təsəlli verdiyini ifadə edərək deyib:  "İsrail 8 yaşlı əkizlərimi ad gününlərində əlimdən aldı. 5 ildir bütün dualarımda onların doğulması üçün dua edirdim”.

Seymur Bənnayev

​​​​​​​Sitat.info



Xəbər xətti