Nəhəng dalğalar insanları və nəqliyyat vasitələrini sürüklədi

19:24 29 Dekabr 2023

ABŞ-ın Kaliforniya ştatındakı Ventura  çimərliyində nəhəng dalğaların insanları və nəqliyyat vasitələrini sürüklədiyi anlar lentə alınıb. Hadisə nəticəsində 8 nəfərin yaralandığı öyrənilib.

Sitat.info xəbər verir ki, Sakit okeanda fırtına səbəbiylə sahilə vuran nəhəng dalğalar ən az 20 nəfəri və bir avtomobili sahildə metrlərlə sürükləyib. 8 nəfərin yaralandığı hadisə ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində bir çox çimərliklər bağlanıb.

Kaliforniya sahillərində yerləşən şəhərlərin sakinlərinə Sakit Okeanda fırtınaların yaratdığı dalğalar səbəbindən diqqətli olmaq və okean ərazisindən uzaq durmaq barədə xəbərdarlıq edilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti