Dünya ictimai rəyi İsrailin Qəzza zolağına hücumlarına, onu havadan, qurudan və dənizdən mühasirəyə almasına reaksiya verməkdə davam edir. ABŞ-ın Nyu-York şəhərində yüzlərlə insan İsrailin Qəzza zolağına davam edən ağır bombardmanlarına reaksiya vermək üçün küçələrə çıxıb.
Manhettendəki Bryant Parka toplaşan nümayişçilər əllərində İsrailin hücumlarında həlak olan Qəzzalı uşaqları təmsil edən kəfənli maketləri tutaraq məşhur Tayms Meydanına doğru irəliləyiblər.
Qəzzada dərhal atəşkəsə çağıran nümayişçilər 500 körpə modelini kəfənə sarılı şəkildə küçəyə qoyub.
Qeyd edək ki, İsrailin hücumlarına başladığı 7 oktyabrdan bu yana Qəzzada 8800 fələstinli uşaq həyatını itirib.