2023-cü ildə Kosovonun ən çox idxal etdiyi ölkə Türkiyə olub

20:43 29 Dekabr 2023

Kosovo 2023-cü ildə 5,8 milyard avro idxal edib. Türkiyə ən çox idxal edən ölkələr arasında birinci olub.

Sitat.info xəbər verir ki, Kosovo Gömrük Direktoru Aqron Lluqaliu, il sonu qiymətləndirmə etdiyi mətbuat konfransında ölkəsinin daha çox Türkiyədən idxal etdiyini söyləyib.

2023-cü ildə Kosovonun 5,8 milyard avro idxal etdiyini, bunun 792 milyon avrosunun Türkiyədən gəldiyini qeyd edən Lluqaliu Almaniyanın ikinci, Çinin isə üçüncü olduğunu qeyd edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti