Özünü yandıran vəkillə bağlı rəsmi açıqlama: "Son vaxtlar gərgin idi"

20:54 1 Yanvar 2024

Xəbər verdiyimiz kimi, vəkil Zaur Məmmədov Vəkillər Kollegiyasının yanında özünü yandırıb.

Sitat.info xəbər verir ki, kollegiyadan hadisəyə münasibət bildirilib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, son zamanlar vəkil Zaur Məmmədov gərgin idi:

"Vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb. Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi. Hadisə haqqında eşidərəndə Salyan rayon Vəkil Bürosunun müdri ilə əlaqə saxladım. Büro müdri dedi ki, son zamanlar gərgin idi. Kollegiya ilə onun arasında hər hansısa problem baş verməyib. Barəsində intizam işi olmayıb. Hazırda aidiyyəti üzrə istintaq orqanında araşdırma aparılır. Hər halda araşdırma zamanı onun niyə belə bir hadisəyə əl atması üzə çıxacaq".

Sədr mərhum Zaur Məmmədovun vəfatından dərindən kədərləndiyini bildirib və yaxınlarına başsağlığı verib, onlara səbr diləyib.

Məğrur,

Sitat.info



Xəbər xətti