O, axmaqlıq etdi, ölkəni koloniyaya çevirəcək - Maduro

10:25 2 Yanvar 2024

Argentinanın BRİKS-ə qoşulmaqdan imtinası Latın Amerikası ölkəsinin özünə qarşı yönəlmiş ən axmaq addımıdır.

 Sitat.info xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.

Maduro Argentina Prezidenti Xavyer Mileyin BRİKS-dən imtinasının Argentina və argentinalılara qarşı addım olduğunu vurğulayıb.

Maduronun sözlərinə görə, Miley Argentinanı 19-cu əsrə qaytaracaq və ölkəni Cənubi Amerikada yeni koloniyaya çevirəcək.

Qeyd edək ki, Argentina Prezidenti Xavyer Miley BRİKS üzvlərinə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) qrupa qoşulmaqdan imtina etdikləri barədə rəsmi məlumat verib.



Xəbər xətti