Gəncədə F-1 qumbaraları tapıldı

13:21 2 Yanvar 2024

Gəncədə silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sitat.info-ya verilən məlumata görə, ŞBPİ 2-ci Polis Şöbəsinin əməkdaşları Natəvan qəsəbəsi ərazisində 3 ədəd yararsız vəziyyətdə olan F-1 qumbarası, 2 ədəd UZRQM və 1 ədəd MUV alışdırıcı tapıblar.

Həmin döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.



Xəbər xətti