Təyyarə eniş edərkən alovlandı: ölənlər var - Video

15:46 2 Yanvar 2024

Yaponiya Hava Yollarına məxsus təyyarə Tokiodakı Haneda Beynəlxalq Hava Limanında eniş edərkən alovlanıb.

Sitat.info xəbər verir ki, bu barədə NHK televiziyası görüntü yayıb.

Bildirilib ki, təyyarə uçuş-enmə zolağından çıxıb. Hadisə yerinə yanğınsöndürənlər gəlib.

Yanan təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri (təxminən 400 nəfər) təxliyə edilib.

Təyyarənin 6 ekipaj üzvündən 5-i yanğın zamanı həlak olub.

Bu barədə Yaponiya mediası məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl ekipaj üzvlərinin təxliyə edilməsi ilə bağlı məlumat yayılmışdı.

 



Xəbər xətti