Bakı şəhəri Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yanğın hadisəsi baş verib.
Sitat.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı 2 otaqlı mənzilin bir otağında 1 ədəd yataq dəsti, 2 ədəd dolab, 1 ədəd televizor və 1 ədəd kondisioner yanıb.Yüksək temperaturdan otağın lambirdən ibarət tavanı və 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.