İlon Mask dünyada demoqrafik böhran barədə xəbərdarlıq edib

09:45 3 Yanvar 2024

Amerikalı sahibkar İlon Mask xəbərdarlıq edib ki, bəşəriyyət böyük demoqrafik böhran təhlükəsi ilə üz-üzədir.

Sitat.info-nun məlumatına görə, bu barədə o, “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Bəşəriyyətin üzləşdiyi ən böyük problem demoqrafik çöküşdür”, - deyə İ.Mask paylaşımında bildirib.

Sahibkar əvvəllər bəyan edirdi ki, demoqrafik problemlər üzündən bütöv xalqlar yox ola bilər. Maskın qeyd etdiyinə görə, İtaliya, Fransa və Yaponiyanın mədəniyyətləri də təhlükə altındadır.



Xəbər xətti