Husilər ticarət gəmilərini raket atəşinə tutdular

15:45 3 Yanvar 2024

Qırmızı dənizdəki ticarət gəmiləri "Ənsar Allah" hərəkatı tərəfindən onlara ballistik raketlərin atıldığını bildirib.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı X sosial mediada hesabında məlumat yayıb.

"İranın dəstəklədiyi husilər Yəməndə nəzarət etdikləri ərazilərdən Qırmızı dənizin cənubuna iki gəmi əleyhinə ballistik raket atıblar. Ərazidəki bir neçə ticarət gəmisi ballistik raketlərin onlara yaxınlaşdığını bildirib",-məlumatda deyilir.

//Axar.az



Xəbər xətti