Türkiyədə illik inflyasiya noyabrda 61,98 faizdən sürətlənərək dekabrda 64,77% təşkil edib.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin Statistika İnstitutu (TUİK) məlumat yayıb.
“Dekabr ayında istehlak qiymətləri indeksi 2,93% artaraq, illik hesablamada 64,77% təşkil edib”, - deyə hesabatda bildirilir.
Bundan əlavə, Türkiyə Müstəqil İqtisadçılar Qrupu (ENAG) dekabrda illik inflyasiyanın 127,21% təşkil etdiyini qeyd edir.
Qeyd edək ki, Türkiyənin maliyyə naziri Məhməd Şimşək inflyasiyanın 2024-cü ilin sonuna qədər təxminən iki dəfə azalaraq 34%-ə çatacağını söyləmişdi.