“SpaceX”in raketi İsveç peykini orbitə çıxarıb

10:30 4 Yanvar 2024

ABŞ-nin “SpaceX” şirkətinin “Falcon 9” raketi İsveçin genişzolaqlı peyki olan “Ovzon-3”ü orbitə çıxarıb.

Sitat.info-nun xəbərinə görə, bu barədə “Falcon 9”u istehsal edən şirkət “X” sosial şəbəkəsində məlumat yayıb.

“Çəkisi 1,5 ton olan “Ovzon-3” peykinin orbitə çıxarılması təsdiqlənib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, raketin buraxılışı ABŞ Kosmik Qüvvələrinin Florida ştatında yerləşən bazasında həyata keçirilib.



Xəbər xətti