İsrailin hücumları səbəbiylə Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərindəki bombardmanlardan xilas olan fələstinli ailə, sığındıqları cənubdakı Rəfah şəhərində qalmağa yer tapa bilmədikləri üçün çökmüş bir evin dağıntıları üzərinə qurduqları neylon çadırda sağ qalmaq üçün mübarizə aparır.
Sitat.info xəbər verir ki, Saffav ailəsi İsrail ordusunun təyyarələrdən vərəqələr ataraq fələstinliləri “təhlükəsiz zonaya” getməyə istiqamətləndirdoyo Rəfaha gedən ailələrdən biridir.
Hücumlar səbəbilə yaşadıqları bölgəni tərk edərək Rəfahın Tel əs-Sultan bölgəsinə gələn 4 nəfərlik fələstinli ailə oradakı düşərgələrdə yer tapa bilməyib və çökən binanın dağıntıları arasında sığınmaq məcburiyyətində qalıb.
Yaşadıqları faciəni paylaşan Aişə əs-Səvvaf İsrailin hücumları səbəbindən Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərini tərk etməli olduqlarını bildirib.
Türkan
Sitat.info