ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, Birləşmiş Ştatların Ukraynaya yardım üçün pulu tükənib.
Sitat.info xəbər verir ki, buna görə də o, Konqresin yeni maliyyə paketini qəbul etməsini vacib saylıb.
Ukraynaya 61,4 milyard dollar yardım nəzərdə tutan qanun layihəsi dekabrın əvvəlində Senatda respublikaçılar tərəfindən bloklanıb.
Kirbi vurğulayıb ki, bəzi Qərb KİV-lərində yayılan xəbərlərə baxmayaraq, Putinin danışıqlara hazır olduğuna dair heç bir sübut yoxdur.
Əksinə, son günlər Ukraynaya qarşı kütləvi hücumlar göstərir ki, Putin , “ukraynalıları susdurmaq üçün mümkün olan hər şeyi edir”.
Məğrur,
Sitat.info