İran hakimiyyəti terror aktı nəticəsində ölənlərin sayı ilə bağlı məlumatlara yenidən baxıb.
Sitat.info İRNA-ya istinadən xəbər verir ki, İranın daxili işlər naziri Əhməd Vahidi Kirmandakı terror aktının terrorçularının, icraçılarının və tərəfdarlarının İran xalqının qəzəbindən qorxmalı olduğunu bildirib.
“Bu günə qədər bu hadisə nəticəsində ölənlərin sayı 84-dür” - o, qeyd edib.
Vahidinin sözlərinə görə, hadisə nəticəsində 284 nəfər xəsarət alıb.
Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı, general Qasım Süleymaninin öldürülməsinin ildönümündə iki partlayış baş verib.
Əvvəlki açıqlamada İran hakimiyyəti İranın mərkəzində yerləşən Kirman şəhərində törədilən iki terror partlayışı nəticəsində azı 103 nəfərin öldüyünü, 171 nəfərin yaralandığını bildirmişdi.
Məğrur,
Sitat.info